Türkiyənin İstanbul şəhərində mini avtobus partlayıb.
Trend-in məlumatına görə, Pendik rayonunda Sabiha Gökçen hava limanı yolunda hərəkət edən özəl universitetlərdən birinə məxsus xidməti avtobusda baş vermiş partlayış nəticəsində 7 tələbə yaralanıb.
Əraziyə xilasetmə və təcili tibbi yardım briqadaları cəlb olunub. Yol bağlanıb.
Hadisənin səbəbi hələ bilinmir.