Nüvə hissəciyi orqanizmə düşərək orada hüceyrələrə mini reaktor kimi təsir göstərməyə başlayır. Radioizotoplar orqanizmdə bir neçə gündən on ilə qədər qala bilər və insan şüalanmanı heç bir hissiyyat üzvü ilə hiss etmir. Radiasiyadan qorunmağın ən gözəl yolu radiasion fon olan mühitdən uzaqlaşmaq, onun orqanizmə zərərverici təsirini aradan qaldırmaq üçün ən yaxşı yol qida rasionuna fikir verməkdir.
Radiasiyadan qoruyan ən yaxşı qidalar tərkibində iri və kobud toxumalar olan məhsullardır. Onlar kimyəvi radioaktiv maddələrlə birləşərək yeni toksiki maddələr əmələ gətirir və həmin maddələr orqanizmdən asanlıqla xaric olur. Radionukleotidlərdən uzaq olmaq üçün qida rasionuna mütləq düyü, kök və turp əlavə etmək lazımdır. Meyvə və tərəvəzlər təmiz yuyulmalı və 0,5 santimetr dərinliyində soyulmalıdır. Kələm üçqat soyulur, çünki ağır metallar və pestisidlər üst qatda daha çox toplanır. Tərəvəzlərdə həmin toksinlər daha çox özəkdə toplanır. Radioaktiv maddələrin sorulmasına çuğundur, ərik qurusu, qoz və qabıqlı kartof daha çox mane olur. Həmçinin qara qarağat, nar, üzüm, cəfəri, sarımsaq, soğan və dəniz kələmi radioaktiv maddələrin sorulmasını zəiflədir.
Qida rasionuna süd, kəsmik, xama və yağ əlavə edilməsi radioaktiv stronsiumun sorulmasını azaldır. Süd məhsullarının tərkibində olan metionun ət və balığın tərkibində çox olur, orqanizmdən radioelementlərin xaric olunmasını asanlaşdırır. Mal ətinin tərkibində isə radionukleotidlər çoxdur. Kotlet və ət farşından imtina etmək lazımdır, çünki onları qızardanda radioonukleotidlər həmin məhsulların tərkibində qalır. Radiasiyadan qorunmaq üçün bir sıra reseptlər də var.
Kömür su ilə qatılaraq hər 15 dəqiqədən bir 2 xörək qaşığı içilir, gün ərzində 2 stəkan qəbul edilir.
Şam və küknar ağaclarının iynələri 1 stəkan 2 stəkan su hamamında qızdırılır, 10-15 dəqiqə sonra gün ərzində çay kimi içilir.
1 çay qaşığı tozağacı göbələyinin tozu 1 stəkan qaynar suda dəmlənir, üzərinə 1 çimdik soda əlavə edilir, gündə üç dəfə yeməkarası içilir.
3 litrlik balonun 1/3 hissəsi buğda qabığı, qalan hissəsi isə itburnu dəmləməsi İlə doldurulur, 2 saat dəmlənilərək süzülür, alınan məhlul gün ərzində istənilən qədər içilir.
1 ay ərzində 1 çay qaşığı çaytikanı yağı gündə üç dəfə qəbul edilir. Yağı çaytikanı bitkisinin yarpağı və cavan zoğlarının dəmləməsi ilə də əvəz etmək olar(azərtac).