Qızına 400 minlik toy etməsi ilə gündəmə gələn Bakı Lift-Təmir İstehsalat Birliyinin rəisi Qüdrət Şükürovun işdən çıxarılması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.
Bu barədə məlumat AzNews.az-a Bakı Lift-Təmir İstehsalat Birliyindən verilib. Birlikdən bildirilib ki, bu gün saat 11:30-a radələrinə kimi Qüdrət Şükürov vəzifəsini icra edib:
“Bu saata kimi Qüdrət müəllim otağında və işinin başındadır. Bu saatdan sonra nə olacaq, hansı qərar veriləcək onu yuxarılar deyəcək.”
Bakı Lift-Təmir İstehsalat Birliyinin rəisi Qüdrət Şükürov 2016-ci ilin dekabr ayında qızına ikinci dəfə toy edib. 400 min dollara başa gələn toy cəmiyyətdə böyük rezonans doğurub. Rəisin sabiq kürəkəni isə mətbuata Qüdrət Şükürova bu pulun haradan gəldiyini açıqlayıb. O, Qüdrət Şükürovun quldur dəstələrinin olduğunu və onların sayəsində lift biznesi qurduğunu deyib.