Azərbaycanın 4 əsas iqtisadi rayonu açıqlanıb

0
3

2017-ci ilin aprelin 1-i vəziyyətinə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 757 minə yaxınlaşıb.
Dövlət Statistika Komitəsinin təqdim etdiyi statistikaya əsasən hesabat dövründə hər altı fərdi sahibkardan beşi “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”, “Digər sahələrdə xidmətlərin göstərilməsi” və “Nəqliyyat və anbar təsərrüfatı” sahələri üzrə qeydiyyatdan keçib.Sahibkarlıqla məşğul olmaq niyyətində olan fərdi sahibkarların əsas hissəsi Bakıda (28,7%), Aran (21%), Gəncə-Qazax (14,7%) və Lənkəran (10,3%) iqtisadi rayonlarında qeydiyyata alınıb.

Sahibkarlıqla məşğul olan fərdi sahibkarların 78,3%-ini kişilər, 21,7%-ini isə qadınlar təşkil edib.

Qadınlar “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” fəaliyyət növündə mövcud sahibkarların ümumi sayının 27,5%-ini, “Digər sahələrdə xidmətlərin göstərilməsi” fəaliyyət sahəsində 26,2%-ini, “Ticarət; nəqliyyat vasitələrinin təmiri” fəaliyyət sahəsində isə 20,7%-ini təşkil edir.

Sahibkar qadınların 29,9%-i Bakıda, 18,3%-i Gəncə-Qazax, 17,9%-i Aran, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib.

Fərdi sahibkarların cins tərkibinin regionlar üzrə say bölgüsündən aydın olur ki, Bakıda (22,7%), Gəncə-Qazax (27,1%) və Aran (18,5%) iqtisadi rayonlarında qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır.

2017-ci il aprelin 1-i vəziyyətinə statistik vahidlərin dövlət reyestrinə daxil edilib, torpaq payı almış ailələrin sayı 850 mini keçib ki, bu da ölkədə torpaq payı alanların 98%-ini təşkil edir. (APA)