Taliban terror qruplaşmasının hücumu nəticəsində Əfqanıstanın şimalında yerləşən Balx əyalətindəki hərbi bazada ölən hərbçilərin sayı 140 nəfərə çatıb.
Məzari-Şərif şəhər rəhbərliyinin açıqlamasına görə, çox sayda yaralı var. Buna görə də həlak olanların sayının artacağı gözlənilir.
Ötən gecə əfqan hərbçilərinin geyimində bir neçə silahlı Məzari-Şərif şəhəri yaxınlığındakı hərbi bazaya hücum edib. Əvvəlcə üzərinə bomba bağlayan kamikadze bazanın darvazaları yaxınlığında özünü partladıb. Daha sonra içərisi silahlılarla dolu iki maşın əraziyə daxil olub. Silahlıardan bir neçəsi elə yerindəcə məhv edilib.
Hücuma görə Taliban terror qruplaşması məsuliyyəti öz üzərinə götürüb.