Daxili İşlər Nazirliyi (DİN) sabiq rəisin ölümü barədə məlumat yayıb.
DİN-dən Trend-ə verilən məlumata görə, aprelin 19-na keçən gecə Göyçay rayonunun Xəlitli kəndində rayon sakini Xəyal Məmmədov idarə etdiyi “Toyota” markalı avtomobili yolun kənarındakı su arxına aşırıb və nəticədə sürücü hadisə yerində ölüb. Göyçay RPŞ tərəfindən araşdırma aparılır.
Xatırladaq ki, X.Məmmədov Göyçay rayon Polis Şöbəsinin Pasport Qeydiyyat Şöbəsinin rəisi vəzifəsində çalışıb və bir ay öncə işdən azad edilib.