“Veysəloğlu” şirkəti qida məhsullarının qiymətini ucuzlaşdırdı

0
3

Son vaxtlarda manatın məzənnəsinin ABŞ dollarına nisbətən möhkəmlənməsini nəzərə alaraq “Veysəloğlu” şirkəti distribyuterlik etdiyi idxal mallarının qiymətinə yenidən baxmış və bir sıra ərzaq məhsullarının topdansatış qiymətini endirib.

Bu barədə Azinforum.az-a bu barədə şirkətin İctimaiyyətlə əlaqələr departamentindən məlumat verilib. Bildirilib ki, şirkət idxal etdiyi və topdansatışını həyata keçirdiyi duru qarğıdalı yağının qiymətini 7%-dək, şəkər tozunu 3%-dək, makaron məhsullarını 6%-dək, müxtəliv növ düyüləri 9%-dək, qarabaşağı 10%-dək, uşaq qidalarını isə 4%-dək ucuzlaşdırıb.