Təhlükəsiz ölkələrin siyahısı açıqlandı:Azərbaycan 136 ölkə arasında 35-cidir

0
3
Dünya İqtisadi Forumu ölkələrin təhlükəsizlik baxımından reytinqini tərtib edib.

Turizmə dair bu reytinqin tərtibatı zamanı cinayətkarlığın səviyyəsi, terror təhlükəsi və silahlı münaqişələr amilləri nəzərə alınıb.

Novator.az-ın məlumatına görə, Azərbaycan 136 ölkə arasında 35-ci sırada qərar tutur. Gürcüstan təhlükəsizlik sarıdan 29-cu, Ermənistan 34-cü, İran 87-ci, Rusiya 109-cu, Türkiyə 116-cı yerdədir.

Reytinqə əsasən, ən təhlükəsiz ölkə Finlandiya sayılır. İlk beşlikdə Birləşmiş Ərəb Əmirlikləri, İslandiya, Oman, Honkonq da yer alır.

Reytinqin son sıralarında Nigeriya, Pakistan, Salvador, Yəmən və Kolumbiya dayanır.