Milli Məclis İTV-nin Yayım Şurasının tərkibini yenilədi –Azər Həsrət Şuraya üzv seçildi

0
3
Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə yeni namizədlərin seçilməsi müzakirə olunub.

Namizədlər barədə Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov məlumat verib. Namizədlər Mətbuat Şurası tərəfindən namizədliyi irəli sürülən Azər Həsrət, Yadigar Məmmədli, Milli Elmlər Akademiyası tərəfindən Muxtar İmanov, Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən isə Həsən Cəfərov və Əli Cəfərov olub.

Səsvermə nəticəsində Azər Həsrət, Muxtar İmanov və Həsən Cəfərov Yayım Şurasına üzv seçiliblər.