Türkiyədə keçriləcək referenduma 2 gün qalmış araşdırma şirkətləri keçirdikləri ictimai sorğuların nəticələrini açıqlayıb. Modern.az saytı Azərbaycanda da bu referendumun yaxından izləndiyini nəzərə alaraq, araşdırma şirkətlərinin gəldiyi nəticələri öyrənib.
“Gəzici” araşdırma şirkətinin 16 aprel referandumuna bağlı keçirdiyi son ictimai araşdırmada “bəli” deyənlərin nisbətinin yüzdə 51.3, “xeyr” deyənlərin nisbətinin isə yüzdə 48.7 olduğu bəlli olub.
Türkiyənin etibarlı ictimai araşdırma şirkətlərindən olan “Konda” da 16 apreldə keçriləcək konstitusiya dəyişikliyi ilə bağlı referendum üçün təxminlərini açıqlayıb. Şirkətin idarə heyətinin rəhbəri Tarhan Erdem bildirir ki, “Konda”nın araşdırmasına görə, “bəli” səsləri yüzdə 51,5 nisbətində irəlidə, “xeyr” səsləri isə yüzdə 48,5 geridədir. Araşdırma nəticələrinə görə, səsverməyə getməyəcəyini açıqlayanların səs nisbəti yüzdə 9-dur.
Digər bir araşdırma şirkəti “SONAR”ın rəhbəri Hakan Bayrakçı isə təxminində israrlıdır: “Bizim arşadırmalarımzda 51,5 ‘”xeyr” çıxıb. Xaricdəki səslərinin seçki nəticələrində təsirli olacağı deyilir, bu, 1 milyon 400 min seçici deməkdir. Xaricdəki səslər ümumi seçicinin yüzdə 3-ü ətrafındadır. O səslərin yüzdə 60 – yüzdə 40 kimi dağılması çox böyük fərq yaratmır”.
Avrasya Kamuoyu Araştırmaları Mərkəzinin (AKAM) referandumla bağlı sorğusu “xeyr” səslərinin öndə olduğuna işarə edir. AKAM-ın sorğusunda 8160 nəfər iştirak edib. Bu sorğuya görə, “bəli” 46,25 faiz, “xeyr” isə 53,75 faizdir.
AKAM başqanı Kemal Özkiraz bildirib ki, əgər referendumda “bəli” çıxarsa, şirkətini baglayacaq: “Bu referandumdan kəsinliklə böyük fərqlə “xeyr” çıxacaq”.
“Konsensus” şirkətinin rəhbəri Murat Sarı isə deyib ki, onların araşdırmalarında “bəli” səsləri öndədir. “”Bəli” 51,2, “xeyr” is 48,8 faizdir.
GENAR şırkətinnin rəhbəri İhsan Aktaş isə seçiciləri yönləndirməmək üçün araşdırmalarının nəticələrini möhürlədiklərini və seçkidən sonra açıqlayacaqlarını bildirib.