Türkiyənin 21 əyalətində keçirilən anti-terror əməliyyatları nəticəsində 543 şübhəli tutulub.
“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, saxlanılan şəxslərdən 412-si terrorçu PKK-nın, 131 isə İŞİD qruplaşmasının üzvü olmaqda şübhəli bilinirlər.
Məlumata görə, onların yaşadıqları evlərdə aparılan axtarışlar nəticəsində çoxlu sayda silah-sursat və sənəd aşkarlanaraq götürülüb.
İnformasiyaya əsasən, anti-terror əməliyyatı aprelin 6-dan 12-dək keçirilib.