Rəsmi Tehran Rusiya ilə eyni mövqedə:”ABŞ-ın hücumu Suriyadakı vəziyyəti daha da gərginləşdirəcək”

0
5
“ABŞ Suriyanı bombalamaqla beynəlxalq hüququ pozub və terrorçulara yardım edib”.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Behram Qasimi ABŞ-ın Suriyanın Homsdakı hərbi hava bazasını bombalamasına münasibət bildirərkən deyib.

“Endirilən hava zərbələrinin Suriyadakı vəziyyəti daha da gərginləşdirəcəyinə inanırıq”, -deyə, B.Qasimi vurğulayıb