Ağsu rayonunda 3 övladı olan 51 yaşlı ananın intiharının bəzi təfərrüatları məlum olub.
Ərəb Sarvan kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, ana özünü övladlarından birinə görə öldürüb:
“Səfurənin gözəl ailəsi, 3 övladı var. Özü evdar qadın, həyat yoldaşı isə fəhlə işləyir. Onun uşaqlarından biri xeyli vaxtdır ki, xəstədir, urəyində problemi vardı. 22 yaşlı oğlan səhər-səhər özünün pis hiss edib. Ana övladının halının dəyişdiyini görən kimi özünü asıb. Uşağının ölmünü görməsin deyə özünü asıb.”
Ağsuda intihar hadisəsi baş verib. Rayonun Ərəb Sarvan kənd sakini, 1966-cı il təvəllüdlü Eyyubova Səfurə Əlibala qızı yaşadığı ünvanda özünü kəndirlə asaraq intihar edib.