Medvedev:“Trampın siyasəti Rusiya ilə hərbi toqquşma riski yaradır”

0
3
Rusiya baş naziri Dmitri Medvedev ABŞ-ın Suriyadakı aviabazaya raket zərbələri endirməsinə münasibət bildirib.

Medvedev özünün “Facebook” səhifəsində yazıb ki, ABŞ prezidenti Donald Tramp İŞİD-ə qarşı Rusiya ilə birlikdə mübarizə aparmaq əvəzinə, Suriyanın qanuni hökuməti ilə qəzəbli şəkildə rəftar edəcəyini nümayiş etdirib.

“ABŞ-ın Suriyaya hücumu zamanı beynəlxalq hüquq normaları pozulub. Eyni zamanda, hücum BMT-nin qərarı olmadan təşkil olunub”, – deyə, o, vurğulayıb.

Baş nazirin sözlərinə görə, Trampın bu addımı sübut edib ki, onun siyasəti Rusiya ilə hərbi toqquşma ehtimalı yaradır.

APA