Gəlinini güllələyən 84 yaşlı məhkum həbsxanada vəfat etdi –Azərbaycanda

0
5
Azərbaycanda daha bir məhkum ölümü qeydə alınıb.

APA-nın məlumatına görə, Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə alanb, 1933-cü il təvəllüdlü Hüseynəli Abdulla oğlu İsmayılov xəstəlikdən ölüb.

Qeyd edək ki, 84 yaşlı H. İsmayılov  2013-cü ildə yaşadığı Şəki rayonunda ov tüfəngi ilə gəlini İsmayılova Azadə Məmməd qızını güllələyərək qətlə yetirib.