Dolların bahalaşacağı gözlənilir –FED üzvləri yenidən toplanır

0
3

Bu gün ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) faiz artırmaq üçün baxdığı mühüm bir göstərici – kənd təsərrüfatı xaric məşğulluq məlumatı açıqlanacaqdır.

Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaq mart ayı məşğulluq göstəricisinin 180 min olacağı gözlənilir.

Xatırladaq ki, yanvarda qeyri-kənd təsərrüfatında məşğulluq 235 min artmışdı.

Eyni zamanda, Martda ABŞ-da işsizlik nisbətinin 4,7%-də qalacağı, orta saatlıq maaşların 0,2% artacağı gözlənir. Fevralda ABŞ-da işsizlik 4,7% olmuş, orta saatlıq maaşların artımı isə 0,2% təşkil etmişdi.

Əgər açıqlanacaq faktlar proqnozlardan yüksək çıxarsa, dolların bahalaşacağı və FED-in daha çox faiz artıracağı ehtimalının daha da güclənəcəyi gözlənilir.

Marja.az