“ABŞ raket zərbələri endirməklə terrorçuları dəstəkləyib” –Əsəd Administrasiyasından bəyanat

0
3

“ABŞ Suriya bazasına raket zərbələri endirməklə terrorçuları dəstəkləyib”.

Bu barədə Suriya prezidenti Bəşər Əsədin Administrasiyasının yaydığı bəyanatda deyilir.

Xatırladaq ki, ABŞ Suriyanın Homs əyalətindəki “Əş-Şəyrat” aerodromuna 59 “Tomaqavk” raketi atıb. Nəticədə 10-dan çox insan ölüb. ABŞ-ın raket zərbələrini Suriya ordusunun İdlibdə kimyəvi silahdan istifadə etməsinə cavab olaraq endirdiyini bildirir.

APA