Avstraliya hökuməti Türkiyənin Gelibolu yarımadasında aprelin 25-i qeyd olunacaq Çanaqqala döyüşünün ildönümündə terror təhlükəsi barədə öz vətəndaşlarına xəbərdarlıq edib.
Trend-in məlumatına, Avstraliya hökuməti həmin gün terror hücumunun ola biləcəyi barədə məlumatın olduğunu bildirib.
Türkiyə hökumətinin də bu barədə məlumata sahib olduğu və lazımi təhlükəsizlik tədbirlərinin görüləcəyi bildirilib.
Bundan başqa, Avstraliya hökuməti öz vətəndaşlarını terror təhlükəsi səbəbi ilə Ankara və İstanbul kimi şəhərlərə səfər etməməyə də çağırıb.