“WhatsApp”la pul köçürmək olacaq

0
4

Whatsapp ilə pul köçürmələri mümkün olacaq.

Azinforum.az  xarici mətbuata istinadən xəbər verir ki, həftəlik texnologiya xəbərlərini yayımlayan “The Ken” son sayında Whatsapp ilə yeni bir iddia qaldırıb. Bir milyarddan çox istifadəçisi olan bu mesajlaşma proqramının iqtisadiyyat səhasində yenilik edəcəyi gözlənilir. Whatsapp rəhbərliyinin proqram vasitəsilə pul köçürmələri funksiyası üzərində çalışdığı bildirilir. Bunun üçün pilot ölkənin Hindistan ola biləcəyi ehtimal olunur. Çünki proqramın bir milyard aktiv istifadəçisindən 200 milyondan artığı Hindistanda yaşayır. Digər tərəfdən isə Whatsapp-ın yaradıcısı Brian Akton bir neçə gün əvvəl Hindistana səfər edərək İnformasiya naziri ilə görüşmüşdü. Bu barədə geniş məlumat verməyən Akton yayılan məlumatları təkzib etməyib və pul köçürmələri mövzusunda gedən proseslərin hələ ki rüşeymi üzərində çalışdıqlarını bildirib.
İlk vaxtlarda Hindistana tətbiq olunacağı gözlənilən bu funksiyanın sonradan bütün ölkələrdə istifadəsinin mümkün olacağı ehtimal olunur.