Yaponiya özünümüdafiə qüvvələri və Koreya Respublikası hərbi dəniz qüvvələri ilə birgə təlimlərdən sonra, ABŞ hərbi-dəniz qüvvələrinə məxsus “Carl Vinson” atom aviadaşıyıcısı onu müşayiət edən gəmilərlə birlikdə Sinqapur sahillərinə yan alıb. Bu barədə “The Straits Times” nəşri məlumat yayıb.
ABŞ hərbi-dəniz qüvvələrinin 1 nömrəli aviadaşıyıcı zərbə qrupunun komandanı kontr-admiral Ceyms Kilbinin sözlərini sitat gətirən nəşr yazır: “Sinqapur limanına gəliş bizim ölkələrimiz arasında müdafiə sahəsində əməkdaşlıq barədə razılaşmaya sadiq qaldığımızı təsdiq edir”. Kontr-admiralın sözlərinə görə, Asiya-Sakit okean regionundakı bütün ölkələr üçün sülhün, inkişafın və təhlükəsizliyin təmin olunmasında hər iki dövlət dəniz və su məkanından qanuni istifadə barədə ümumi rəyi dəstəkləyir”.
Məlumatda, həmçinin bildirilir ki, Sinqapurda bir müddət qaldıqdan sonra aviadaşıyıcı və onu müşayiət edən gəmilər Sakit okeanın qərbindəki dislokasiya sahəsinə gedəcək(azərtac).