Rusiyanın Sankt-Peterburq şəhəridə metroda baş verən partlayış nəticəsində ölənlər arasında daha bir azərbaycanlının olduğu məlum olub.
Strateq.az bildirir ki, bu, 20 yaşlı Dilbər Əliyevadır. O, Sankt-Peterburq Dəmiryolu Universitetinin tələbəsi olub.
Məlumatı Sankt-Peterburq şəhərindəki Azərbaycan diasporunun fəallarından olan Orxan Məcidov təsdiqləyib.
Diaspor fəalının sözlərinə görə, bu gün mərhumə son mənzilə yola salınacaq.
Xatırladaq ki, dünən daha bir azərbaycanlı – 28 yaşlı Zaur Vəliyev də terrorda ağır yaralanaraq Marinskaya xəstəxanasına yerləşdirilmişdi. Həkimlərin səylərinə baxmayaraq, onun da həyatını xilas etmək mümkün olmayıb.
Allah rəhmət eləsin!