Rusiya Milli Antiterror Komitəsi (MAK) Sankt-Peterburq şəhərində metroda baş verən partlayış nəticəsində ölən və yaralıların sayını açıqlayıb.
MAK partlayış nəticəsində 9 nəfər öldüyü, 20 nəfər yaralandığını təsdiqləyib.
Sankt-Peterburq qubernatoru Georgi Poltavçenko isə bildirib ki, metroda partlayış nəticəsində 10 nəfər ölüb, 20 nəfər yaralanıb.
Qeyd edək ki, bəzi mənbələr partlayış nəticəsində 10 nəfərin öldüyü, 50 nəfərin yaralandığı barədə məlumat yayıb.