Serj Sarksiyan seçki məntəqəsində gülünc vəziyyətə düşdü – FOTOLAR

0
3

Ermənistandakı seçkilərdə səs verən Respublikaçılar Partiyasının sədri, prezident Serj Sarksiyan biabırçı durumla üzləşib.
Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, İrəvandakı 9 saylı dairənin 18-ci dairəsinə gələn ölkə başçısı səsvərmədən öncəki prosedur zamanı gülünc vəziyyətdə qalıb. Belə ki, texniki vasitə S.Sarkisyanın biometrik pasportunu tanımayıb. 2 dəqiqə ərzində gözləməli olan Ermənistan prezidenti ilə bağlı baş verən kuryoz olay daha sonra aradan qaldırılıb. İddia olunur ki, burada sırf texniki problem olub.
Səs verəndən sonra publika qarşısına çıxan S.Sarkisyan özünü sındırmayaraq deyib ki, bülleteni əlinə alanda “sülh haqqında” düşünüb. Bir neçə gün əvvəl müharibə bəyanatı verən S.Sarkisyan iddia edib ki, sülh yolu yeganə yoldur. “Biz hər şeyi edirik ki, sülh olsun, sərhədlərimiz toxunulmaz qalsın” – o, deyib. Partiyasının şansına gəldikdəsə, bildirib ki, bu gün şansı dəyərləndirmək vaxtı deyil: “Bu gün səsləri qazanmaq vaxtıdır”.