Oksford universitetinin və Çinin tibb elmləri akademiyasının alimləri birgə araşdırma keçiriblər.
Bu araşdırma zamanı 7 il ərzində Çinin 30-79 yaş arası 500 min insanı araşdırılıb. Araşdırma nəticəsində məlum olub ki, gündəlik olaraq meyvə yeyən insanlar daha sağlam olurlar. Alimlər bildiriblər ki, hər gün meyvə yeyən insanların qan təzyiqi və qandakı qlükoza səviyyəsi aşağı olur. Eyni zamanda hər gün meyvə yemək infarktın və insultun riskini azaldır.
Hər gün bir alma yeməklə insan ürək-damar xəstəliklərinin qarşısını gözə çarpan şəkildə azaldır.