Tramp ailə hakimiyyətini möhkəmlədirir:Qızı da onun müşaviri olacaq

0
3

ABŞ prezidenti Donald Trampın ən böyük qızı İvanka atasının müşaviri olacaq.

Strateq.az xəbər verir ki, bunu İvankanın özü açıqlayıb.

Atasına qeyri-rəsmi məsləhətlər verdiyi üçün sərt tənqidlərə məruz qalan 35 yaşlı İvanka çarəni işi rəsmiləşdirməkdə görüb. O, məlum ittihamlarla əlaqədar yaydığı yazılı açıqlamasında qeyd edib:

“Könüllü və etik qaydalara uyğun şəkildə prezidentinə məsləhət verməyimin bəzi kəsimlərdə narahatlıq doğurduğunu eşitdim. Bundan sonra Ağ Evdə rəsmi və ödənişsiz işləməyə başlayacağam”.

Hazırda Ağ Evdə bir iş ofisi olan İvankanın bu açıqlamasından sonra vəzifəsinin rəsmiləşdiriləcəyi və Ağ Evin rəsmi müşavirləri siyahısına daxil olacağı gözlənilir.

Açıqlamayla bağlı Ağ Evdən gələn reaksiyalar da müsbətdir. Adı açıqlanmayan bir Ağ Ev rəsmisi “bu qərarın məmnuniyyətlə qarşılandıqlarını” və “İvankanın Trampa dəstəyinin davam edəcəyi” bildirib.

Yeni ABŞ prezidentinin öz ailə üzvlərindən ibarət siyasi komanda yaratmaq təşəbbüsü yalnız İvankayla da bitmir. Onun həyat yoldaşı Cared Kuşner də Trampın müşaviridir. Yəhudi əsilli Kuşnerlə İvanka 2009-ci ildən evlidirlər.