Türkiyədə azərbaycanlı tələbə döyüldü

0
3

Türkiyədə azərbaycanlı tələbə Orxan İbrahimov döyülüb.

Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə iki həftə əvvəl azərbaycanlı tələbənin təhsil aldığı Sakarya Universitetində baş verib.

Universitetin Siyasi elmlər fakültəsinin 3-cü kurs tələbəsi olan 27 yaşlı Orxan İbrahimov İqtisadiyyat dərsində müəllimi F. S. tərəfindən təhqirə məruz qalıb.

Azərbaycanlı tələbə yaşanan hadisədən sonra universitetin təhlükəsizlik işçiləri tərəfindən qandallanaraq onların otaqlarına aparıldığını, orada döydüyünü iddia edir.

O, bu hadisə ilə bağlı Sakarya Məhkəməsinə də şikayət edib: “İqtisadiyyat dərsində müəllim F. S. məni və ölkəmi təhqir etdi. Bununla bağlı ali məktəb rəhbərliyinə şikayət etdim. Lakin müəllim mənə böhtan ataraq dəli olduğumu iddia etdi. Sonra da “bu bizi narahat edir” deyə təhlükəsizlik əməkdaşlarını işə qarışdırdı. İki həftə əvvəl mühakiməsiz edama aparan kimi qollarımı bağladılar, otaqlarına aparıb orada döydülər. Mən müxtəlif təhqirlərə məruz qaldım. Məhkəməyə də şikayət etdim, haqqımı tələb edəcəyəm”, – deyə O. İbrahimov şikayətində bildirib.

Sakarya Universiteti Rektorluğundan isə hazırda bu məsələ ilə bağlı araşdırma aparıldığını deyiblər.