Mərkəzi Bankdan göstəriş:Hüquqi şəxslər üçün bəzi əməliyyatlar məhdudlaşdırıldı

0
3
Azərbaycan Mərkəzi Bankı (AMB) martın 17-də axşam saatlarında ölkədə fəaliyyət göstərən banklara məktub göndərib.

Bu barədə “APA-Economics”ə bank sektorundakı mənbələr xəbər verib.Bildirilir ki, AMB banklara internet bankinq vasitəsi ilə hüquqi şəxslərin fiziki şəxslərə köçürmə əməliyyatlarını məhdudlaşdırmağı tapşırıb:

“Hüquqi şəxslərdən nağdılaşdırma zamanı 1%-lik vergi tutulur. Beləliklə, hüquqi şəxslər fiziki şəxslərin (sahibkar olmayan – red.) hesabına köçümə edərək vergidən yayına bilir. Mərkəzi Bankın bu addımı məhz vergidən yayınmanın qarşısını almağa hesablanıb”, – deyə həmsöhbətimiz qeyd edib.

Xatırladaq ki, Milli Məclis 2016-cı ilin dekabrın 16-da “Nağdsız hesablaşmalar haqqında” qəbul etdiyi qanuna görə banklardan nağd pul vəsaitlərinin çıxarılmasının məhdudlaşdırılması məqsədilə Vergi Məcəlləsinin layihəsinə hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə banklar və poçt rabitəsinin milli operatorları  tərəfindən 1% dərəcəsi ilə sadələşdirilmiş vergi tutulur.