Azərbaycanda bir sıra müxalifət nəşrlərinin saytlarına giriş bağlanıb. Təxminən axşam saat 5-dən etibarən “Azadlıq” radiosunun, “Azadlıq” qəzetinin və “Meydan” portalının saytlarını açmaq qeyri-mümkündür.
Saytların bloklanmasının səbəbləri və girişin nə vaxt bərpa olunacağı bəlli deyil.
Bu saytların rəhbərlərinin bildirdiklərinə görə, giriş yalnız Azərbaycan ərazisi üçün məhdudlaşdırılıb. Digər ölkələrin ərazisindən saytlara problemsiz daxil olmaq mümkündür.(virtualaz.org)