Rusiyanın Kamçatka yarımadasında Kambalnıy vulkanı püskürüb.
Trend-in məlumatına görə, bu gün səhər saatlarında qeydə alınan vulkan 8 km hündürlüyədək (dəniz səviyyəsindən) kül püskürüb.
Vulkanın sonuncu dəfə 200 il əvvəl püskürdüyü bildirilir.
Rsuiya Elmlər Akademiyasının Uzaq Şərq bölməsinin Vulkanologiya və Seysmologiya İnstitutu vulkanın sonuncu dəfə 200 il əvvəl püskürdüyünu bildirib.
Təbiət hadisəsinin baş verdiyi ərazinin yaxınlığında yaşayış məntəqəsi yoxdur.