Sabah hava necə olacaq? –Proqnoz

0
3
Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, bəzi yerlərdə zəif duman olacaq.

Milletim.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən bildirir ki, martın 25-də şimal-şərq  küləyi səhər mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 3-6° isti,  gündüz 10-14° isti, Bakıda gecə 3-5° isti, gündüz  12-14° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  normadan yüksək  – 770 mm civə sütunundan 763  mm civə sütununa enəcək. Nisbi rütubət  gecə 85-95 %, gündüz  60-70% təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın hərarətinin gecə 2-7° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.