Evlənərkən niyə üzük taxırıq? – Bəxt üzüyünün tarixi

0
3

Halqalar bizə sonu olmayan və təbiətlə iç içə girən bir sonsuzluğu xatırladır. Beləliklə, üzüklərin halqa şəklində olması o qədər də təəccüblü deyil. Görəsən üzüklər hər zaman bu qədər məsum və romantik bir məna daşıyırmı?

Qədim Misir
 
Bəxt üzüklərinə ilk dəfə Qədim Misirdə rast gəlinib. Evlilik zamanı üzük sonsuzluğun işarəsi olaraq sol əlin üzük barmağına taxılırdı.Sonradan vena amoris (eşq damarı) adı verilən bir damarın bu barmaqdan birbaşa ürəyə bağlandığına inanırdılar. Kişinin öz xanımının barmağına bu üzüyü taxması, onun evinə bağlı olmağına işarə edirdi. Kəndirdən keçirilən bu üzüklər zamanla dəri, və fil sümüyü kimi daha dəyərli görülən materiallardan düzəldilirdi. Beləliklə insanlar arasında belə bir fikir yaranırdı ki, üzük nə qədər qiymətlidirsə sevgi də bir o qədər böyükdür. Kişilər verdikləri üzüyün bir dəbdəbə simvolu olaraq istifadə edirdilər.
Qədim Roma
 
Romada  kürəkən üzüyü gəlinin atasına verərək qadını satın aldığını göstərirdi. Üzük və qadın mübadilə edilən iki mal kimi görünərdi. Üzüyü verən kişi qadına sahib olduğunu düşünürdü. Bu dövrdə üzüklər kişi sərvətini açan bir açar kimi tanınırdı. Üzüklər eyni zamanda kişilərin evliliyi bitirməsi zamanı qadına və ailəsinə bir təminat olması üçün verilirdi.Qiymətli minerallardan istifadə olunması ailələr üçün qızlarının evliliyinin daha da əhəmiyyətli olması kimi görünürdü. İlk zamanlarda yalnız müəyyən təbəqələrin qızıl taxmasına icazə verilsə də, xalq zənginləşdikcə bu qaydalar yüngülləşdirildi. Hazırda bu ənənə günümüzə qədər gəlib çıxıb.Bəxt üzüyü sözü də bu dövrdə yaradılıb.Latın dilində bəxt üzüyünün mənası, yanına bağlamaq və öhdəliyi altına girmək mənalarına gəlirdi.
13-15 ci əsrlər
1215-ci ildə Papa III. İnnocentius cütlərin evlənmə qərarı aldıqdan sonra bir müddət nişanlı qalmalarını və bu müddətdə üzük taxmalarını tövsiyə edib.Ancaq brilyant üzüklər əsrlərdən sonra ortaya çıxıb.1477-ci ildə Avstriyalı Ershersoq Maximillianın gələcək həyat yoldaşı Mariyə verdiyi üzüyün üzərində M hərfi yazılan kiçik brilyantlar yer alıb. Bu üzüyün Avropalı zadəganlar arasında bir ardıcıllıq yaratdığı iddia edilirdi.
2016-cı ildə Amerikada bir brilyant üzüyün orta hesabla qiyməti təqribən 6 min dollar olduğu üçün evlənən cütlərin beşdə biri üzük verməməyi qərara aldı.Tarixdə patriarxal məna daşıyan üzüklər zamanla daha romantik və bərabərhüquqlu hala gəlsə də, günümüzdə üzük almağın bir zərurət deyil, seçim olduğunu anlayırıq. (Moderator.az)