Bakıda qəbirdən elə şey tapıldı ki… – VİDEO

0
3

Xırdalan qəbiristanlığında qəribə hadisə baş verib. Yaxınlarının məzarını ziyarətə gələn bir şəxs məzarın yanından bükülü tapıb. Açanda bunun cadu olduğu ortaya çıxıb. Bükülüdə şəkil və qəribə yazılar olub.

Məzarlığa ziyarətə gələnlər yaxınlarının qəbrinin yanında qeyri-adi bir bükülü görüb. Açanda tanımadığı şəxsin şəklini və düyünlənmiş saplar olduğu məlum olub.
Qəribə hadisə Bakıda Xırdalan qəbristanlığında baş verib. Qəbiristanlıqda şahidi olduğu hadisə Sevda Hüseynovanı heyrətə gətirib. Qadın şəkli qəbiristanlıqdakı mollalardan birinə göstərib və üzərindəki yazını oxutdurmağa çalışıb.
Bu şəkilləri kimin, nə məqsədlə qəbrin yanına atdığı məlum deyil. Videonu çəkən şəxs iddia edir ki, bu cadudur. Çünki adətən caduları məhz qəbristanlıqda basdırırlar. İnsanlarda tez-tez belə şeylərin şahidi olduqlarını etiraf edirlər.
Din xadimləri cadunun həqiqətəndə olduğunu bildirirlər. Amma bunu etmək böyük günah sayılır. Bundan azad olmaq üçün bəzi eyləri etmək kifayət edir. Ağa Hacıbəyli caduya maraq göstərən və ya inanan insanlara bir daha məsləhət görür ki, belə xurafatlardan uzaq dursunlar.
Digər tərəfdən bu hadisə qəbristanlıqların mühafizəsi məsələsini də gündəmə gətirir. Yəni kimsə istənilən qəbri qaza, orda nə isə basdıra bilər? Cavabdeh qurum Əhaliyə vətəndaşlıq xidməti tresindən verilən məlumata görə qəbirsanlıqların heç birinə 24 saat nəzarət olunmur. Sadəcə bir sıra yerlərə səhər saat 8-dən axşam 6-7 qədər nəzarətçilər olurki, bu da orda baş verə biləcək neqativ halların qarşısını almağa imkan vermir.