Londonda baş vermiş terror aktına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.
Bu barədə Reuters agentliyinin yaydığı məlumatda deyilir.
Qeyd edək ki, Böyük Britaniyanın Parlament binası yaxınlığındakı Vestminster körpüsü üzərində baş verən silahlı insident nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb, 40 nəfər yaralı var.