2017-ci ildə Azərbaycanda orta illik inflyasiya 9% səviyyəsində olacaq.
“APA-Economics” xəbər verir ki, bu proqnozu “Fitch” beynəlxalq reytinq agentliyinin Bakıda keçirilən illik konfransında təşkilatın mütəxəssisləri səsləndirib.
Mütəxəssislər qeyd edir ki, 2018-ci ildə orta illik inflyasiya 5%-dək geriləyəcək.
Qeyd edək ki, 2016-cı ildə orta illik inflyasiya 12,4% təşkil edib.
Azərbaycan hökumətinin proqnozlarına əsasən, bu il orta illik inflyasiya 7,3% olacaq.
“Fitch”in proqnozlarına əsasən, 2017-ci ildə manatın dollara nisbətən orta illik məzənnəsi 1,76 səviyyəsində, 2018-ci ildə 1,7 səviyyəsində olacaq.
Agentliyin mütəxəssisləri bu il neftin 1 barelinin orta qiymətinin 45 dollar olacağını, 2018-ci ildə isə 55 dollar olacağını proqnozlaşdırır.