Pu­ti­nin hü­zu­run­da pre­zi­dent Sar­kis­yan na­zir Sar­kis­ya­na qar­şı…

0
3

Ra­miz Ta­ğı­yev: “Prin­si­pi­al mə­sə­lə­lər­də ko­man­da üzvlə­ri­nin pre­zi­dentdən fərqli fi­kir­lər səs­lən­dir­mə­si isə ida­rə­et­mə­də­ki qü­sur­lar və ha­ki­miy­yə­tin mo­no­lit ol­ma­ma­sın­dan xə­bər ve­rir”


“Sar­kis­ya­nın məhz Moskva­ya sə­fər ərə­fə­sin­də öz ro­lu­nu ki­çiltmə­si də tə­sa­dü­fi de­yil”

Er­mə­nis­tan pre­zi­den­ti Serj Sar­kis­yan Moskva­ya sə­fə­ri ərə­fə­sin­də is­pan nəş­ri­nə ver­di­yi mü­sa­hi­bə­də bil­di­rib ki, onun öl­kə­si­nin ro­lu­nu çox şi­şirtmək doğ­ru de­yil: “Biz elə də bö­yük öl­kə de­yi­lik. Bu sə­bəb­dən də bi­zim Qərblə Ru­si­ya ara­sın­da bir­ləş­di­ri­ci hal­qa ola bi­lə­cə­yi­miz­lə bağ­lı de­yi­lən­lər re­al­lıq­dan uzaq­dır”.

Çox ma­raq­lı­dır ki, Sar­kis­yan­dan iki gün əv­vəl Er­mə­nis­ta­nın mü­da­fiə na­zi­ri Vi­gen Sar­kis­yan bil­di­rib ki, onun öl­kə­si NA­TO ilə Ru­si­ya ara­sın­da mü­na­si­bət­lə­rin ni­zam­lan­ma­sın­da mü­hüm di­a­loq ka­na­lı ro­lu­nu oy­na­ya bi­lər. Er­mə­ni rəs­mi­lə­ri­nin bir-bi­ri­ni tək­zib edən bə­ya­nat­la­rı­na nə ad ver­mək olar?

Qeyd edək ki, Pu­tin­lə gö­rü­şə ge­dən Serj Sar­kis­yan mü­da­fiə na­zi­ri Vi­gen Sar­kis­ya­nı da özü ilə apa­rıb. Çox ma­raq­lı­dır. Bir-bi­ri­nə tam əks fi­kir­lər söy­lə­miş iki Sar­kis­yan Pu­ti­nin hü­zu­ru­na ne­cə çı­xa­caq? Ya bəl­kə pre­zi­dent Sar­kis­yan Vi­ge­ni mü­qəs­sir ki­mi təq­dim et­mək üçün özü ilə Moskva­ya apa­rıb?

Si­ya­sət­çi Ra­miz Ta­ğı­yev qə­ze­ti­mi­zə bil­dir­di ki, be­lə hal­lar Er­mə­nis­ta­nın si­ya­si eli­ta­sın­da tez-tez baş ve­rir: “Biz də­fə­lər­lə şa­hi­di ol­mu­şuq ki, pre­zi­den­tin de­di­yi­ni xa­ri­ci iş­lər na­zi­ri tək­zib edir və ya ək­si­nə. Xü­su­si­lə də Dağ­lıq Qa­ra­bağ prob­le­mi­nin ni­zam­lan­ma­sı is­ti­qa­mə­tin­də be­lə hal­la­ra mü­tə­ma­di rast gə­li­rik. Son bə­ya­na­tı ilə Sar­kis­yan mü­da­fiə na­zi­rin­dən da­ha çox özü­nü tək­zib edib. Çün­ki bir ne­çə il əv­vəl o bə­yan edir­di ki, Er­mə­nis­tan Ru­si­ya ilə Qərb ara­sın­da gö­zəl va­si­tə­çi­lik ro­lu­nu oy­na­ya bi­lər. Sar­kis­ya­nın bu cür ma­nevrlə­ri bir da­ha sü­but edir ki, onun rəh­bər­li­yin­də döv­lət­çi­lik tə­fək­kü­rü, de­mək olar, yox­dur. Hər­dən bu cür da­nış­maq­la o da­ha çox öz ha­ki­miy­yə­ti­ni mü­hüm tə­sir­lər­dən qo­ru­maq is­tə­yir. Prin­si­pi­al mə­sə­lə­lər­də ko­man­da üzvlə­ri­nin pre­zi­dentdən fərqli fi­kir­lər səs­lən­dir­mə­si isə ida­rə­et­mə­də­ki qü­sur­lar və ha­ki­miy­yə­tin mo­no­lit ol­ma­ma­sın­dan xə­bər ve­rir. Sar­kis­ya­nın məhz Moskva­ya sə­fər ərə­fə­sin­də öz ro­lu­nu ki­çiltmə­si də tə­sa­dü­fi de­yil. Bu­nun­la Ru­si­ya­ya me­saj ve­rir ki, siz Qərblə ne­cə is­tə­yir­si­niz dav­ra­na bi­lər­si­niz və bu mə­sə­lə­də Er­mə­nis­tan yal­nız Moskva­nı eşi­də­cək. Re­al­lı­ğa gə­lən­də isə, Er­mə­nis­tan ida­rə­et­mə­yə qa­dir ol­ma­yan bir öl­kə­dir. Onun bö­yük güc­lər ara­sın­da va­si­tə­çi­lik et­mə­si isə re­al gö­rün­mür”.

Mə­həm­mə­də­li QƏ­RİB­Lİ