İranda Novruzqabağı bayram tədbirləri:1 ölü, 2600 yaralı

0
3
İranda qeyd olunan Alov bayramı çərçivəsində keçirilən tədbirlər zamanı baş vermiş bədbəxt hadisələrdə 1 nəfər həlak olub, 2600 nəfər xəsarət alıb.

Trend-in məlumatına xəsarət alanlardan azı 600 nəfəri xəstəxanalara yerləşdirilib.

Qeyd edək ki, martın 15-də İranda Novruzqabağı ənənəvi “Çahar şənbə suri” (Alov bayramı) qeyd olunub. Bu bayram İranda ən təhlükəli gün hesab olunur. Həmin gün sakinlər tonqal üzərindən tullanır və pirotexnika maddələri partladılır.