Türkiyə Xarici İşlər Nazirliyi Niderlanda iki nota verib.
APA-nın “Milliyet”ə istinadən verdiyi məlumata görə, notalar türkiyəli nazirlərə qarşı tətbiq edilən məhdudiyyətlər və dinc toplaşma hüququndan istifadə edən Türkiyə vətəndaşlarına qarşı pis rəftarla bağlıdır.
Niderlandın Türkiyədəki müvəqqəti işlər vəkili 3-cü dəfə nazirliyə çağırılıb.
Notalarda türk nazirlərə qarşı etik və beynəlxalq normalara uyğun olmayan münasibətlər pislənib və bununla bağlı Niderland rəsmilərindən yazılı üzrxahlığın gözlənildiyi bildirilib.