Məşhur müğənni Seda Sayan 6 illik sevgilisi Erkan Çelikdən ayrılmasına münasibət bildirib.
Teleqraf.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, Seda Sayan Erkan Çelikdən ayrılmasını gərgin iş həyatıyla əlaqələndirib: “Təəssüf ki, bu illər ərzində münasibətimiz tükəndi. Amma dostluğumuz hörmət və sədaqət çərçivəsində davam edir. Çünki münasibətimiz yalnız sevgi ilə məhdudlaşmırdı”.
Seda Sayan Erkan Çeliklə kəbin kəsdirmişdi. Müğənni indiyədək 7 dəfə evlənib.