Ermənistan prezidenti Serj Sarkisyanın Fransaya bu həftə baş tutan səfəri adi işgüzar xarakterli səfər olaraq yadda qalacaqdı – sahibkarlarla görüşlər, turizm və təhsil sahəsində sazişlərin imzalanması və s.
Lakin Sarkisyanla görüşdən sonra Fransa prezidenti Fransua Ollandın bəyanatı hər şeyi tamamilə dəyişdi.
Olland təklif edib ki, “sülhə qarşı çıxılan hallarda müşahidə və xəbərdarlıq edilməsi, ola bilsin ki, sanksiyaların tətbiqi üçün mexanizm hazırlanmalıdır”.
Nəzərə alsaq ki, məhz Ermənistan KİV bu bəyanatı canfəşanlıqla yaymaqdadır və Yerevan atəşkəsin pozulması hallarının təhqiqatı mexanizminin tətbiqində israrlıdır, şübhə yeri qalmır ki, sanksiyalar dedikdə, Azərbaycan nəzərdə tutulur.
Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasına qədər Bakı qoşunların təmas xəttində ATƏT müşahidəçilərinin yerləşdirilməsinin əleyhinədir. Azərbaycan status-kvonun möhkəmləndiurilməsini istəmir.(virtualaz.org)