Baş Dövlət Yol Polisi İdarəsi:”Bakı-Sumqayıt yolunda ağır qəzayla bağlı cinayət işi başlandı”

0
3
Bakı-Sumqayıt yolunda 5 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Trend-ə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat veriblər.

Məlumata görə, faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb, sürücü saxlanılıb.

Hadisəni törədən “50-BN-132” dövlət qeydiyyat nişanlı “Ford” markalı mikroavtobusun sürücüsü Sumqayıt şəhər sakini 1976-cı il təvəllüdlü Hüseynov Namiq Hüseyn oğludur.