Naxçıvanda bir ailənin üç üzvü dəm qazından boğulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, martın 6-da Kəngərli rayonunun Qıvraq qəsəbəsində yaşayan Məleykə Seyidova, gəlini Sahibə və nəvəsi Səttar, Qubustan şəhərində yaşayan Aidə Əlverdiyeva evlərində dəm qazından zəhərlənərək ölüblər.
Faktla bağlı araşdırma aparılır.