Moskvada təhlükəli vəziyyət –“Quş qripi” aşkarlandı

0
3
Rusiyanın Moskva vilayətində “quş qripi” virusu aşkarlanıb.

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, infeksiyanın ocağı Şelkovski və Sergievo-Posadsk quşçuluq fabriklərində aşkar edilib.

Xəbəri İstehlakçıların Hüquqlarının Müdafiəsinə Nəzarət Federal Xidməti də təsdiqləyib. Qripin əsasən vəhşi qaz və ördəklərdən keçdiyi müəyyən olunsa da, infeksiyaya bütün növ ev quşları yoluxub. İnfeksiyanın insan qripi ilə rekombinasiya olunacağı halda, qripin insandan insana keçməsi riski yarana bilər.

Hazırda infeksiya ocağında profilaktik işlər aparılır. Ərazidə işləyən insanlar nəzarətdədir.