6 müsəlman ölkəsinə qarşı yeni qadağa –Donald Trampın sərəncamı

0
3
ABŞ prezidenti Donald Tramp əhalisinin əksəriyyəti müsəlman olan 6 ölkə vətəndaşlarına 3 aylıq viza məhdudiyyəti nəzərdə tutan yeni sərəncam imzalayıb.

Strateq.az “Al-Jazeera”ya istinadla xəbər verir ki, yeni viza tənzimləməsi suriyalı qaçqınlar da daxil olmaqla, ABŞ-ın bütün qaçqın proqramlarını da 4 aylığa dayandırır.

Martın 16-da qüvvəyə minəcək sənədə əsasən, Sudan, Suriya, İran, Liviya, Somali və Yəmən vətəndaşlarına yenidən 90 günlük viza qadağası tətbiq ediləcək.

Məlum olduğu kimi, İraq bu siyahıdan çıxarılıb.