Məşhur dünya brendi “Mercedes-Benz” ABŞ-dakı 354 min avtomobilini geri çağırıb.
Bu barədə şirkətin yaydığı məlumatda bildirilir.
Məlumatda bildirilir ki, avtomobilin ABŞ-a ixrac olunan bir sıra modellərinin “starter”lərində problem var: “Əgər bir neçə dəfə “starter”i çalışdırmaq istərkən mühərrik işə düşməzsə bu, mühərrikin bir neçə parçasında əriməyə və ya alovlanmaya səbəb ola bilər”.
ABŞ-dan geri çağırılan avtomobillər 2015-2017-ci il istehsalı olan “C-Class”, “E-Class” modelləri və “CLA”, “GLA”, “GLC” tipli SUV-lardır. Şirkət qeyd edib ki, avtomobilin detallarının dəyişdirilməsi ilə bağlı bütün xərcləri özü ödəyəcək.(apa)