Saçlarınız gec uzanırsa… 5 SƏBƏB

0
5

Saçların vəziyyəti insanın sağlamlığının göstəricilərindən biridir. Bəzən qadın fikir verir ki, onun saçları, demək olar uzanmır.

Bu simptom həm saç və baş dərisi, həm də digər orqan və sistemlərinin xəstəliklərinə işarə edə bvilər.

Saçların gec uzanmasının əsas səbəbləri:

1. Seboreya (kəpək). Seboreya zamanı saçların soğanaqlarının qidalanması pozulur ki, nəticədə saçlar gec uzanır və sürətlə tökülür.

2. Vitamin çatışmazlığı. Sağlam və gözəl saçlar üçün vacib olan vitaminlər bunlardır: A, C, E, B qrupu. Bu vitaminlərin çatışmazlığı zamanı saçlar gec uzanır, tökülür, solğun və cansız olur.

3. Həzm sistemi xəstəlikləri. Bu xəstəliklər zamanı orqanizmə qida ilə daxil olan vacib maddələrin sorulması prosesi pozulur ki, nəticədə orqanizmdə vitamin-mineral çatışmazlığı yaranır.

4. Qalxanvari vəzi xəstəlikləri. Qalxanvari vəzinin fəaliyyətinin zəifləməsi (hipotireoz) zamanı saçlar çox gec uzanır və tökülür.

5. Güclü və uzunmüddətli streslər zamanı saçların uzanması ləngiyir.