Terrorizmlə hər yerdə mübarizə aparmaq lazımdır.
Bunu jurnalistlərə açıqlamasında İraqın xarici işlər naziri İbrahim Cəfəri söyləyib.
“Biz illərdir başqa ölkələrin terrorizmə qarşı mövqelərini nəzərə almadan bununla mübarizə aparırıq. Digər ölkələrin də terrorizmi anlamasını istəyirik. Türkiyə terrorizmin hər kəsi öz ağuşuna alacağını anlamalıdır”, – deyə o bildirib.
Qeyd edək ki, Türkiyəni Başikaya öz ordusunu yeritməsindən sonra Bağdad-Ankara münasibətləri pisləşib. Həm Bağdad, həm də Dəməşq Türkiyəni ölkələrində yaranan destabilizasiyanın əsas təqsirkarı sayırlar. /Axar.az