Beta istifadəçilərə artıq bu xidmət təqdim edildi
Facebook Messenger tətbiqinə interfeys və köməkçi yenilənməsi gəlir. Yazı sahəsinə istiqamətlənərək hazırlanan interfeys yenilənməsi ilə birlikdə daha çox şəxsiləşdirilə bilinən bir köməkçi bu yenilənmədə beta istifadəçilərə təqdim edildi. İstiPres xəbər verir ki, yeni əlavələr edən Facebook “M” şəxsi köməkçisini bu tətbiqə əlavə edərək, onun inteqrasiyasını və dizaynını beta testində yoxlamağa başladı.
Facebook, Messenger-in dizaynını da başdan-sona yeniləyir. Daha əvvəl media (şəkil,video,stiker və s.) bölməsi iki sıra idi. Yenilənməyə görə bu sistem tək sıraya toplanıb. Beləliklə yazı sahəsi üçün çox daha geniş bir bölmə qalır və xüsusilə kiçik ekranlı telefonlarda yaşanan pis görüntülər aradan qalxır. Əvvəlki sistemdə, kiçik mətin bölməsinə daxil olduğunuzda yazınızı yaza bilirdiniz. Yeni sistemdə yazışmaların olduğu bölmənin hər hansı bir yerinə basaraq mesajınızı yaza bilərsiniz.
Ən sağda yer alan 3 nöqtədə də yenilənmə edildi. Daha əvvəlcədən “Məkan”, “Xatırlatma” əlavə et kimi yazıların yer aldığı açılan pəncərə ikonları halında göstəriləcək. Bununlada kiçik bir açılan pəncərə qarşımıza çıxacaq.
Yenilənmə ilə GIF, stiker və emosiyalar da müəyyən bir yerə alındı. Bundan sonra istədiyiniz məzmunları sürətlə əldə edə biləcəksiniz.
“M” adlı köməkçi, inteqrasiya testlərinə də başladı. Yeni köməkçi şəxsi bir köməkçi olacaq. “M” köməkçisi adi halda doğum gününüz mübarək, sabahınız xeyir kimi mesajları tərkibində saxlayan bir köməkçidir. Hazırda betada olması səbəbindən qarşımıza necə bir köməkçinin çıxacağı haqqında məlumat yoxdur.
Kifayət qədər iddialı yenilənmələrlə gələn Facebook Messenger, test mərhələsini bitirdikdən sonra bütün istifadəçilər üçün də bu yenilənmələri təklif edəcək.