İŞİD lideri Əbubəkr əl-Bağdadi İraq qrupunun məğlubiyyətini etiraf edən bəyanat yayıb.
Strateq.az İraqın “Al Sumaria” televiziya şəbəkəsinə istinadla xəbər verir ki, “xəlifə” öz tərəfdarlarını yerli orqanlardan gizlənməyə və ya qaçmağa çağırıb
Əl-Bağdadi bəyanatına “vida çıxışı” adı verib və fevralın 28-də həmin bəyanat İŞİD-in “xətib” və “ruhaniləri” arasında paylanıb.
“İslam Dövləti xəlifəsi” döyüşçü ofislərinin bağlanmasına göstəriş verib. O, əcnəbilərə ölkələrinə qayıtmağı və ya özlərini partlatmağı təklif edib. Bunun əvəzində “lider” onlara “cənnətdə 72 huri” vəd edib.