Bunu ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Ceyms Uorlik deyib.
O bildirib ki, ilk növbədə insan həyatını qorumaq, habelə danışıqlar prosesində irəliləyişə nail olmaq üçün vəziyyəti normallaşdırmaq və atəşkəs rejiminə əməl etmək vacibdir: “Nə qədər ki, münaqişə aktiv vəziyyətdədir və hərbi əməliyyatlar davam edir, nizamlama prosesində irəliləyişə nail olmaq çətindir. Ümid edirəm ki, prezidentlər görüşməyə razılıq verəcək və danışıqlar prosesində irəliləyiş müşahidə olunacaq. Mən ötən il dekabrın sonunda həmsədrlik postundan gedərkən danışıqlar masasında tərəflər arasında müzakirə imkanı yaradacaq maraqlı təkliflər var idi”.
C. Uorlik bildirib ki, bu günədək aprel müharibəsinin bütün təfərrüatları üzə çıxmayıb:“Ötən ilin aprelində biz çoxsaylı itkilərin şahidi olduq. Mən hələ bu gün də əmin deyiləm ki, biz dəqiq qurbanların sayını bilirik. Artıq sülhün vaxtı gəlib çatıb. Sülh regionda hər şeyi dəyişəcək. Ermənistan üçün isə sülh bütün cəmiyyətin əsasını dəyişəcək”. /APA