“Qəzalı tikililərin və yaşayış üçün yararsız evlərin sökülməsini nəzərdə tutan “pilot layihə”nin reallaşdırılması zamanı təklif edilib ki, sahibkarlar sökülən binaların sakinlərinə ya pul versinlər, ya da kirayə evlə təmin etsinlər”.
Bunu APA-ya müsahibəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov bildirib.
Onun sözlərinə görə, bina tikiləndən sonra isə həmin sakinlər yeni binada, əvvəlki evindən bir az da çox yaşayış sahəsinə malik evlə təmin olunması təklif edilib:
“Bu məsələlər artıq sahibkarla sakinlər arasında olan məsələdir”, – deyə komitə sədri sözlərinə əlavə edib.
Qeyd edək ki, Bakının 6 rayonunda qəzalı vəziyyətdə olan yaşayış binaları sökülür.